Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda "BakuBus" avtobuslarına hücum oldu (FOTO)
Tarix: 26-01-2016 | Saat: 17:02
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda "BakuBus" avtobuslarına hücum oldu (FOTO)
Sərnişinlərlə birlikdə daşqalaq edilən avtobusların şüşələri sınıb.
Bakıda "BakuBus"a məxsus avtobuslar daşa basılıb.

Bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, son bir ayda dəfələrlə avtobuslara bir qrup şəxs tərəfindən daş atılıb. Nəticədə də həm dövlət əmlakına ziyan vurulub, həm də sərnişinə bədən xəsarəti yetirilib: "23 yanvar tarixində "BakuBus"a məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə 17:00-17:20 radələrində Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daşa basılıb. Zərərçəkən var".

Məbuat katibi həmçinin qeyd edib ki, içərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır.

Sonda N. Allahyarova belə hərəkətlərə yol verənlərə xəbərdarlıq da edib: "İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun. “BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyan şəxslər törətdikləri əmələ görə qanun qarşısında cavab verəcəklər".
Bakıda "BakuBus" avtobuslarına hücum oldu (FOTO)


Xəbəri paylaş

5598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___