Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda univermaq çökdü, xəsarət alanlar var
Tarix: 26-01-2016 | Saat: 17:00
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda univermaq çökdü, xəsarət alanlar var
Binanın damı ağırlığa tab gətirməyərək 150 kvadratmetr ərazidə çöküb.
Bakıda univermaq çöküb. Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazində yerləşən köhnə univermaqda təmir tikinti işləri aparılarkən binanın damı ağırlığa tab gətirməyərək 150 kvadratmetr ərazidə çöküb.

Hadisə nəticəsində 2 nəfər fəhlə dağıntılar altında qalaraq bədən xəsarətləri alıb. Onlar FHN-nin xilasediciləri tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasına təhvil veriliblər.

Damın çökməsi nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, xəsarət alanlar 1978-ci il təvəllüdlü Elşad Eyvaz oğlu Abdullayev və 1981-ci il təvəllüdlü Bəhruz Hacıəli oğlu Məmmədovdur. Hər iki yaralının vəziyyətinin o qədər də ağır olmadığını bildirdilər.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
18-04-2018, 15:35 Temperaturu yüksələcək

bütün xəbərlər
____ Instagram ___