Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıya gələn qatarı daşa basdılar - Yaralananlar var
Tarix: 25-01-2016 | Saat: 09:55
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıya gələn qatarı daşa basdılar - Yaralananlar var

Şəmkirdə bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basıb.

Xəbəraz.az-in Report-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində qatarın 14 ədəd şüşəsi sınıb, 6 nəfər isə zərər görüb.
Gecə saatlarında baş verən xoşagəlməz hadisə Şəmkir rayonu ərazisində Zəyəm satansiyasından 500 metr aralıda qeydə alınıb.
Stansiya növbətçisi Cavanşir Əsədovun verdiyi məlumata görə, Sabirkənd ərazisində bir neçə naməlum şəxs gözlənilmədən Bakı-Qazax-Böyük Kəsik qatarına daş və digər vasitələrdən zərbələr endirib, nəticədə qatar bələdçisi də daxil olmaqla 6 nəfər zərər çəkib.
Hadisə yerinə dərhal Şəmkir Təcili Tibbi Yardım stansiyasının əməkdaşları cəlb olunub. Zərərçəkənlərdən 3-nün həyacandan vəziyyəti pisləşib, onlara sakitləşdirici həblər verilib, qatar bələdçisi və 2 nəfər - 19 yaşlı Aynurə Nəbiyeva və 39 yaşlı Fuad Daşdəmirovun xəsarətləri ciddi olduğundan həkimlər stansiyada yaralılara yardım göstəriblər. Sonuncu iki nəfər atılan daşlardan bədən xəsarətləri alıblar.
Qeyd edək ki, qatar bir qədər geciksə də, sərnişinlər paytaxta rahat şəkildə yola düşə biliblər.
Hüquq-mühafizə oraqanları hadisəni törədənlərin axtarışını davam etdirirlər.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
20-10-2015, 01:31 Astroloji proqnoz

bütün xəbərlər
____ Instagram ___