Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abdul Xaliddən sevgililərə jest - "Gül" - VİDEO
Tarix: 25-01-2016 | Saat: 09:23
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV | çapa göndər

Abdul Xaliddən sevgililərə jest - "Gül" - VİDEO
Tanınmış estrada müğənnisi Abdul Xalid "Gül" adlı mahnısını dinləyicilərə təqdim edib.

"14 fevral Sevgililər günü" ərəfəsində üzə çıxarılan bəstənin sözləri meyxanaçı Vüqar Abdulova, musiqisi Xalidin özü ilə bəstəkar-aranjimançı Bəbir Bəbirliyə məxsusdur.

Saytımıza açıqlama verən müğənni, yeni mahnısının real hitə namizəd olacağından əminliklə danışdı:

"Aylardır "Gül"ün üzərində çalışdıq və nəhayət bu gün dinləyicilərə təqdim etməyin məmnunluğunu yaşayırıq.

Baxmayaraq ki, mahnını uşaqlıq dostum, peşəkar musiqiçi Bəbirlə birgə yazmışıq, amma mən özümə bəstəkar demək istəmirəm. Mahnı yazmaq həvəsim oyanan anda köməyimə Bəbir gəlir. İllərə söykənən doğma münasibətimiz daim yaradıcı işimizə öz müsbət təsirini göstərir.

Ürəkdən gələn gözəl sözlərə görə dəyərli meyxanaçı qardaşımız Vüqar Abdulova minnətdarlığımı bildirirəm.

Bu təşəkkürdən başda Bəbir olmaqla, musiqiçi dostlarımıza, eləcə də
səsi ilə bəstəyə xüsusi fərqlilik qatan istedadlı müğənnimiz Əminə Şirinqızına da pay düşür.

Əsl eşqdən bəhs edən mahnımız sevib-sevilənlər üçün daha bir məhəbbət himninə çevriləcək".

Oxucularımız yayımladığımız linkə daxil olub "Gül"ə qulaq asa bilərlər.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___