Gürcülər larinin dəyər itirməsini manatın devalvasiyası ilə əlaqələndirirlər
Tarix: 24-01-2016 | Saat: 18:24
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Baş nazirin müavini Kaxa Kaladze larinin zəifləməsini "bütün regionda baş verən proseslərlə", xususən Azərbaycanda manatın devalvasiyaya uğraması və neftin qiymətinin düşməsi ilə izah edib.
Gürcüstan milli bankının sabiq prezidenti Roman Qotsiridze isə deyib ki, Gürcüstanda larinin dəyər itirməsi Azərbaycan manatının devalvasiyası ilə bağlı deyil.
“Rustavi-2” telekanalına müsahibə verən Qotsiridze Gürcüstan hökümətinin milli valyutanın dəyər itirməsinin səbəbini Azərbaycanda baş verən prosesslərlə əlaqələndirilməsini yalnış mövqe hesab edib. Onun fikirincə, larinin ucuzlaşması manatın devalvasiyası ilə heç cür bağlı deyil, Azərbaycanda neftin ucuzlaşması isə Gürcüstana mənfidən çox müsbət təsir göstərir.
"Milli valyutanın ucuzlaşmasını manatın devalvasiyası ilə bağlayan ekspertlər, buna səbəb kimi son 20 gündə Gürcüstandan Azərbaycana müvafiq miqdarda məhsulların idxal olunmamasını gətirirlər. Amma bu mümkün deyil. Biz Azərbaycana əsasən 3 növ mal ixrac edirik – avtomobil, mal-qara və dərman. Ayın sonunda statistika açıqlanacaq və siz görəcəksiniz ki, ixracatın artması və ya azalması o gədər cüzidir ki, bu məbləğ heç milli bankın satdığı 20 milyon ABŞ dollarına bərabər olmayacaq” – deyə Roman Qotsiridze bildirib. 20 milyon dolları milli bank bir neçə gün əvvəl larinin məzənnəsinin düşməsinin qarşısını almaq üçün hərracda yerli banklara satıb.
Gürcüstan Milli bankının sabiq prezidenti hesab edir ki, ixracatın azalması fonunda Azərbaycandan Gürcüstana ucuz neft və neft məhsulları gətirilir ki, bu da ölkənin ticari balansında müsbət dəyişikliklərə səbəb ola bilər.
“Yeganə neqativ tendensiya kimi, Azərbaycandan qış vaxtı Gürcüstana, xüsusən də qonşu ölkənin istirahət üçün seçdiyi Bakurianiyə gələn turistlərin sayının azalmasın göstərmək olar”, - deyə ekspert qeyd edib.
Öz “Facebook” səhifəsində mövzunu davam etdirən Qotsiridze ölkədə neqativ proseslərin inşkişaf etməsinə səbəb kimi Gürcustan hökümətinin düzgün olmayan siyasətini və onun təqdim etdiyi şişirdilmiş büdcəni göstərib.
21 il əvvəl dövriyyə buraxılan Gürcüstanın milli valyutası lari dollara qarşı ucuzlaşaraq yanvarın 22-də tarixinin minimum həddinə düşüb. 1 ABŞ dolları 2,4694 lariyə bərabər olub.
Bundan əvvəl larinin dollara nisbətdə ən ucuz məzənnəsi 1999-cu ilin fevralın 23-də qeydə alınıb - 1 dollar - 2,45 lari. Lakin həmin ilin sonuna qədər larinin kursu möhkəmlənib və dollara qarşı 1,93 təşkil edib. Bundan sonra bir neçə il ərzində larinin məzənnəsi stabil olaraq 1,75-1,80 olaraq qalıb. Gürcüstanda devalvasiya ötən ilin payızında qeydə alınıb.
Xəbəri paylaş
6408 dəfə oxunub.
Digər xəbərlər

10-09-2016, 23:18
Əməkdar artist Mehriban Xanlarovaya itki üz verib
20-10-2015, 01:56
"Rüfəti Yaşadaq" adlı xeyriyyə tədbiri baş tutdu
25-10-2022, 11:15
“Aygün Kazımovanın fəxri adı, evi əlindən alınsın” - Cavanşir Məmmədovdan ŞOK AÇIQLAMA
19-11-2016, 20:40
Qızılgül ləçəyi dəmləməsinin faydaları
21-07-2018, 10:51
Hələb Türkiyənin nəzarətinə keçir - İDDİA
30-11-2017, 16:25
Hər kəsə “müəllim” deyə bilərikmi…
16-02-2022, 11:08
Qarğıdalı saçaqlarından ŞƏFALI ÇAY. Faydaları və düzgün qəbulu
10-02-2018, 12:34
Buffon 500-ə çatdı
6-06-2019, 12:58
Ali məktəblərə imtahansız qəbul olunacaq kollec məzunları üçün ixtisasların siyahısı DİM-ə təqdim edilib