Sevdiyi qadını öldürüb, basdıran Şamaxı sakininin məhkəməsi başlayıb- (FOTO)
Tarix: 23-01-2016 | Saat: 15:03
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Vahid Vəliyevin (1971-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
İttihama görə, ötən il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb və geri qayıtmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin ərazisində qadının baş nahiyəsində xəsarətləri olan, çürüməyə məruz qalmış meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri tədbirləri ilə hadisənin münaqişə zəminində Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub. Fakt üzrə şəhər prokurorluğunda cinayət işi başlanıb, istintaq araşdırması zamanı məlum olub ki, mərhum İmişi rayonunda anadan olub. Bir il müddəndə Yeganə Mirzəyeva Vahid Vəliyevlə qeyri-rəsmi yaşayıb. Qeyd edək ki, V.Vəliyev ailəli olub.
İş üzrə dindirilən təqsirləndirilən şəxs həmin qadını sevdiyini, başqasına qismət olmasın deyə, onu öldürdüyünü bildirib : "Yeganənin kiməsə qismət olmasına icazə verə bilmədim". O, qadını küt alətlə qətlə yetirib, sonra isə özünə məxsus "VAZ 21099" markalı avtomaşınla Ceyranbatan qəsəbəsinə aparıb, ən hündür təpədə basdırıb. Onun sözlərinə görə, hər həftə dəfn elədiyi qadının məzarını ziyarət edib.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı yanvarın 28-ə təyin edilib.
Xəbəri paylaş
6608 dəfə oxunub.
Digər xəbərlər

14-02-2017, 14:54
Azərbaycanlı rəqqasənin 55 min dollarlıq maşını: "Azərbaycanda 1 dənədi"
2-05-2016, 14:29
Dərmanlar bütün apteklərdə eyni qiymətə satılacaq
28-08-2015, 17:09
Bakıda keçmiş polisin qətli ilə bağlı – RƏSMİ MƏLUMAT
25-03-2015, 14:10
Cazibədar teleaparıcıdan yeni - FOTOSESSİYA
14-07-2018, 18:13
"Ciddi qanunsuzluqlar aşkarlanıb" - Nazirdən şok açıqlama
26-02-2023, 11:19
"Xocalını unutmadıq, unutmayacağıq" - Çavuşoğlu
28-09-2016, 11:26
Prezident Tacikistan nümayəndə heyətini qəbul etdi
1-11-2023, 14:05
Güclü stress insanı əlil edə bilər
26-12-2016, 18:23
“VKontakte”də yeni funksiya
22-04-2021, 13:08
Ermənistandan Azərbaycan sərhədində təxribat: Hərbçilərə atəş açdılar