Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda “gül satan oğlan” danışdı: "oğru deyilem" - VİDEO
Tarix: 18-01-2016 | Saat: 22:23
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda “gül satan oğlan” danışdı: "oğru deyilem" - VİDEO

Bir neçə gündür Bakıda qadınların vahimə ilə müzakirə etdikləri “gül satan oğlan” tapıldı.

Xəbəraz.az bildirir ki, ATV telekanalında “Bizimləsən” verilişinə çıxan gənc haqqında yayılan xəbərləri yalanlayıb.
Salyanın Sarvan kəndindən olan, 1989-cu il təvəllüdlü Nüsrət Allahyar oğlu, dediyinə görə, Ankara Universitetinin riyaziyyat fakültəsində oxuyur. Atasını itirən gənc ailəsini dolandırmaq, təhsilini davam etdirmək üçün və əsas da viza almaq üçün Azərbaycana gəlir. Vizası gecikən oğlan Bakıda qalmalı olur.
Türkiyədə gül sataraq dolanan Nüsrət burada da bu peşəni davam etdirir. Bir gün bir evə gül gətirən oğlan xanım tərəfindən yanlış anlaşılır və xanımın çəkdiyi video internetdə sürətlə yayılır.
Nüsrət deyir ki, video yayılandan heç yerə çıxmayıb. Gənc həmçinin bildirib ki, Azərbaycanda hərbi qulluğunu da başa vurub.



Xəbəri paylaş

1 2848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___