Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İtkin düşən polisin meyiti tapıldı – FOTO, 7 aydır axtarılırdı
Tarix: 18-01-2016 | Saat: 11:42
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

 İtkin düşən polisin meyiti tapıldı – FOTO, 7 aydır axtarılırdı
İsmayıllı rayonunda itkin düşən keçmiş polis əməkdaşının meyiti tapılıb. Xeberaz.az azvision-a istinadən xəbər verir ki, 63 yaşlı Nəsirov Bəxtiyar Mirzəbəy oğlunun cəsədi bir neçə gün öncə Göyçay rayonunda, su kanalında aşkar edilib. Ailəsi tapılmadığı üçün o, Göyçay Bələdiyyəsi tərəfindən dəfn edilib. Keçmiş polis əməkdaşının yaxınları hadisədən bu gün xəbər tutublar.
Qeyd edək ki, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.
B.Nəsirov təqaüdə çıxan serjantı olub.
 İtkin düşən polisin meyiti tapıldı – FOTO, 7 aydır axtarılırdı


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___