“Dollar qalxdı, ya düşdü, bizim nə borcumuza?..” - Elnarə Abdullayeva
Tarix: 17-01-2016 | Saat: 20:45
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər
Əməkdar artist Elnarə Abdullayeva ölkədə yaşanan böhranın ona heç bir təsir etmədiyini deyib.
Xəbəraz.az xəbər verir ki, bu barədə xanəndə musavat.com-a açıqlama verərkən deyib.
O, ölkədəki bahalaşmadan da xəbərsiz olduğunu bildirib: “Böhrandır, ya böhran deyil, mən belə şeyi bilmirəm ki... Mən nə bilim dollar qalxdı, ya düşdü? Bizim nə borcumuza. Bir-iki manat pulumuz var, toya gedəndə alıb yeyirik vəssalam.
Bahalaşmaya gəldikdə isə, 1-2 aydır bazara getmirəm deyə heç nədən xəbərim yoxdur. Ola bilsin ki, ölkədə nəsə gedir, lakin başım ağrıdığı üçün onu mənə demirlər. Dünyada nə baş verir xəbərim yoxdur. Əsas odur ki, can sağlığı olsun”.
Əməkdar artist devalvasiyanın nə demək olduğunu bilmədiyini etiraf edib:
“Devalvasiya deyirsiz, nə deyirsiz bunları bilmirəm. Mənimki odur ki, kənddən, toyuq-cücədən sual verilsin, cavab verim. Bir tikə çörəyimizi qazanırıq, qalan şeyləri bilmirəm”.
Elnarə Abdullayeva həmkarlarından fərqli olaraq toysuz qalmadığını deyib: “Toy sıfarişləri alıram, Allah camaatımıza dəyməsin. Biz çətinliyə öyrəşən adamıq. Mənim üçün nə fərqi var, az oldu, ya çox oldu. Az olanda qaloş, çox olanda yaxşı ayaqqabı geyinəcəm. Mənim şüarım belədir”.
Xəbəri paylaş
6518 dəfə oxunub.
Digər xəbərlər

8-08-2016, 21:25
Prezidentlərin növbəti görüşü İranda olacaq
27-09-2015, 12:47
İbrahim Tatlısəs: “Mənim siyasət anlayışım...“
19-02-2017, 11:41
Arvadının telefonundan sevgilisinə mesaj yazıb evə çağırdı – TƏFƏRRÜAT
13-03-2015, 15:35
Universitetin kafedra müdiri cinayət törətdi
16-03-2015, 18:08
Abdul Xalidin "QARABAĞIM" adlı konserti BAŞ TUTDU
27-09-2019, 15:19
Kriştiano Ronaldo – cərimə zərbələrində ən uğursuz 2-ci futbolçu
16-09-2020, 17:35
Əli Həsənovun oğlu bu qızıl unitazdan istifadə edirmiş... - FOTO