Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mağazaların icarə haqqları endirildi - FOTO
Tarix: 17-01-2016 | Saat: 17:57
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Mağazaların icarə haqqları endirildi - FOTO
Yanvarın 11-də "28 May" metrostansiyasının yeraltı keçidlərində ticarətlə məşğul olan 50 nəfərə yaxın sahibkar icarə haqlarının yüksək olması ilə bağlı etiraz etmişdilər.

Xeberaz.az Milli.Az-a istinadən xəbər verir ki, satıcılar alıclığın zəif olması ilə əlaqədar gəlirlərinin azalmasını nəzərə alaraq, icarə haqqlarının endirilməsini tələb etmişdilər. Əks halda toplaşaraq, etiraz aksiyası keçirəcəklərini bildirmişdilər.

Mağazalara rəhbərlik edən şəxslər isə satıcıları qəbul edərək, məsələyə baxılacağını bildirmişdilər.
Bu gün satıcılar musavat.com-un əməkdaşına icarə haqqlarının endirilməsi barədə məlumat veriblər.
Adının çəkilməsini istəməyən satıcı mağazalarda icarə haqlarının endirilməsinə başlanıldığını bildirib: "Bir neçə gündür ki, icarə haqqlarında güzəştlər olunur. Əksər mağazalarda icarə haqları endirilib. Aylıq icarə haqqları 2500-5000 manata olan mağazalarda 1000-2000 manata qədər endirimlər ediblər. Məlumata görə, endirimlər hissə-hissə aparılır. İnanırıq ki, güzəştlər bütün mağazalara şamil olunacaq və əvvəlki kimi işimizi davam etdirə biləcəyik".


Xəbəri paylaş

6738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___