Mehmanxanada onlarla ölü - TERROR
Tarix: 16-01-2016 | Saat: 17:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Burkina-Fasonun paytaxtı Uaqaduquda yerləşən “Splendid” mehmanxanasında dünən terrorçular tərəfindən tutulan 63 girov azad edilib.
Xəbəraz.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və kommunikasiyalar naziri Remi Dandjinu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, azad edilən girovlar arasında 33 yaralı var. Azad edilənlərdən biri vətəndaş xidməti, əmək və ictimai təminat naziri Kleman Savadoqodur. Remi Dandjinu əlavə edib ki, fransız xüsusi təyinatlılarının da iştirak etdiyi əməliyyat davam edir.
Qeyd edək ki, terrorçuların hücumu dünən axşam baş verib. Onlar əvvəlcə “Cappuccinno” kafesinə hücum ediblər. Əvvəlcə kafedə 6 nəfərin öldüyü barədə xəbər yayılsa da, sonradan təhlükəsizlik əməkdaşları orada 10 cəsədin tapıldığını bildiriblər.
Terrorçular bundan sonra mehmanxanaya hücum ediblər. Məlumatlara görə, hücum zamanı ən azı 20 nəfər həlak olub. Hakimiyyət saat 23:00-dan 06:00-ə qədər şəhərdə komendant saatı tətbiq edib.
“Splendid” mehmanxanası Qərb ölkələrinin nümayəndələri, həmçinin BMT-ın əməkdaşlarının tez-tez qaldığı bildirilir.
İnternetdə ekstremistlərin fəallığının monitorinqini aparan SITE-nin məlumatına görə, terror aktına görə məsuliyyəti “Əl-Qaidə” ilə yaxın əlaqəsi olan “Al-Murabitun” qruplaşması üzərinə götürüb. Həmin qruplaşma daha əvvəl Malidə otelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Xəbəri paylaş
5888 dəfə oxunub.
Digər xəbərlər

8-04-2016, 14:39
"Goldman Sachs" da Rusiya iqtisadiyyatı üzrə proqnozunu azaldıb
18-09-2020, 19:21
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır
5-08-2017, 22:28
Araz Ağalarovun şəriki güllələndi - Fotolar
17-01-2016, 18:19
Bakıda intihar: sirkə turşusu içib özünü öldürdü
19-01-2020, 13:47
"Neftçi" məşqçisi ilə vidalaşdı
1-10-2015, 00:12
Cibi boşaldan gözəllik salonları - VİDEO
25-08-2015, 14:46
Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbçi ilə görüşüblər
24-06-2016, 17:40
"Biz İrana diktə edə bilmərik ki, bunu etməlisən, bunu yox..."