Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gömrükdən nə qədər pul keçirə bilərik?
Tarix: 16-01-2016 | Saat: 16:25
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Gömrükdən nə qədər pul keçirə bilərik?

“Qaydalara görə, adambaşına 10.000 dollar (və ya bu məbləğə uyğun digər valyuta) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər”.

“Gömrük tarifi haqqında” qanunun 20-ci maddəsinə görə, gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən xarici valyuta gömrük rüsumundan azaddır:

“Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” Qaydaları ilə tənzimlənir. Qaydalara görə, ölkəmizə valyuta gətirilməsinə limit, məhdudiyyət qoyulmur. Sadəcə, gömrükdə bəyan etmək yetərlidir. Azərbaycan vətəndaşları tərəfindən Azərbaycana gətirilmiş valyutanın məbləği 10.000 dollar (və ya bu məbləğə uyğun digər valyuta) olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən “Sərnişin gömrük bəyannaməsi” ilə, 10.000 dollardan yuxarı məbləğdə olduqda isə “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilir.

Valyutalara limitlər adətən, qanunsuz yollarla qazanılmış pul vəsaitlərinin hərəkətinin qarşısını almaq, dövriyyəsini məhdudlaşdırmaq, belə pulları aşkara çıxarmaq üçün qoyulur:

“Hazırda bu məsələnin ölkəmizdə gündəmə gəlməsinin səbələri ölkəmizdəki valyuta qıtlığı, iqtisadi böhranla bağlıdır. Hökumət xarici valyutaya olan tələbi aşağı salmaq üçün müxtəlif inzibati tədbirlər həyata keçirir. Ölkədən qanuni yollarla çıxarılan valyutanın həcminin aşağı salınması və yol verilən məbləğdən artıq hissənin gömrükdə bəyan edilməsi tamamilə mümkündür. Ancaq mən buna lüzum görmürəm. Çünki onsuz da devalvasiyadan sonra əhalinin gəlirləri azalıb, xərcləri artıb. Bu da təbii şəkildə ölkədən valyuta axınının qarşısını alacaq. Daha istirahət və alış-veriş üçün xaricə gedənlərin əvvəlki aktivliyinin şahidi olmayacağıq. Böhran bu prosesləri özü tənzimləyəcək”.


Xəbəri paylaş

9128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___