Bakıda maşını qatar vurdu – Video
Tarix: 16-01-2016 | Saat: 09:05
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər
Ötən il oktyabrın 31-də Bakının Lökbatan qəsəbəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.
Avtosfer.az-ın Xeberaz.az-a verdiyi məlumata görə, Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi dəmir yolu keçidini bağlayıbmış. Lakin KİA markalı avtomobilin qadın sürücüsü tələsdiyini bildirib və ondan keçidi açmağı xahiş edib. Növbətçi şlaqbaumu açıb, minik maşını keçərkən sürətlə yük qatarı keçidə yaxınlaşıb. KİA-nın sürücüsü özünü qorxudan itirib və maşını dəmiryolu xəttinin üstündə saxlayıb. Nəticədə qatar maşını vurub. Hadisə nəticəsində üç bacı - 42 yaşlı Əliyeva Xatirə Əhyəli qızı, 38 yaşlı Əliyeva Alidə Əhyəli qızı, 46 yaşlı Aslanova Cavidə Əhyəli qızı və sonuncunun övladı, 13 yaşlı Aslanov Həsən İlkin oğlu ağır xəsarət alaraq xəstəxanaya düşüblər.
Videodan da aydın şəkildə görünür ki, qatar yaxınlaşarkən avtomobil relsin üstündə dayanıb gözləyir. Qatar da onu bir zərbəylə vurub kənara atır.
Xəbəri paylaş
6508 dəfə oxunub.
Digər xəbərlər

28-08-2019, 19:08
Zərifə Mirzəyevanı "tok" vurub ÖLDÜRDÜ
7-05-2016, 21:10
10 ildir övladı olmayan ailənin üçəm qızları dünyaya gəlib - FOTO
19-09-2015, 16:40
İranda daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb
7-03-2017, 18:34
Putin 8 Martı doğum evində qeyd edəcək
23-09-2022, 10:44
Zəncanda iki azərbaycanlı gənci polis öldürdü
24-06-2015, 13:48
Xatirə İslam imicini dəyişib belə oldu
30-12-2016, 11:05
Ermənilər şəhidimizin fotosunu yaydı: MN-dən reaksiya