Heydər Məscidində vəhdət namazı qılındı
Tarix: 15-01-2016 | Saat: 19:44
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
Dindarlar İlham Əliyevin çağırışına vəhdət namazı ilə cavab verdilər.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən elan edilən “Multikulturalizm ili” çərçivəsində bu gün Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar ilk dəfə bir araya gələrək eyni vaxtda bir yerdə bir sırada vəhdət namazı qılıblar.
Xeberaz.az -ın məlumatına görə, min ildən artıqdır, İslam dininin iki böyük məzhəbi - sünni və şiələr ibadətlərini fərqli şəkildə fərqli məkanda yerinə yetiriblər.
Heydər məscidində Heydər Əliyevin vəfatının ildönümündən başlayaraq sünni və şiə məzhəbinin nümayəndələri vəhdət namazı qılırlar. Məsciddə cümə namazları növbəli şəkildə, bir həftə əhli-sünnənin imamı, növbəti həftə əhli-şiənin axundunun rəhbərləri ilə qılınır.
Heydər məscidinin dini rəhbəri Hacı Sabir Həsənli bildirib ki, ən fərəhli hal Azərbaycan təcrübəsində və ümumiyyətlə, dünya təcrübəsində vəhdət namazının ən sevimli namaz olduğunu göstərmək:
“Bu, Allah qarşısında ən qəbula yetən namazdır. Çünki Allah Qurani-Kərimdə bizi bir olmağa, təfriqəyə yol verməməyə çağırır. Bu nöqteyi-nəzərdən müxtəlif məzhəblərdən olmasına baxmayaraq, insanlarımızın eyni məsciddə namaz qılması çox fərəhli haldır. Hər iki məzhəbin bir məsciddə, bir səfdə dayanaraq namaz qılması çox böyük göstəricidir”.
Məsciddə şəhidlərimizin ruhuna dualar, israf və qənaət haqqında xütbə oxunub.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

11-03-2017, 16:30
Kakadan Neymara məsləhət: "Adını Reymar et"
16-02-2017, 15:38
Nadir Qafarzadəni kimlər ağlatdı? - VİDEO
30-01-2017, 15:14
Kəskin soyuqlar gəlir - XƏBƏRDARLIQ
5-09-2017, 11:16
Payız depressiyasına tutulmusunuzmu? -TESTPsixoloq açıqlaması
4-04-2022, 11:03
Çox "qreçka" yemək hormonal pozulma yaradır - Həkim
1-07-2019, 07:24
Türkə ərə gedən azərbaycanlı qadının başına iş gəldi - Video
4-01-2016, 21:49
Bu oyunların arxasında kimlər durur? – Millət vəkili
5-09-2020, 19:25
Hazırda hədəfimiz budur - Ərdoğan