Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Tarix: 15-01-2016 | Saat: 18:22
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Dəmirova sevgilisinə dostu ilə xəyanət edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Şahlar Əliyevin (1995-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xeberaz.az xəbər verir ki, ötən il iyunun 23-də “İçəri şəhər” metrosunun yaxınlığında, S.Rüstəmov, 16 ünvandakı mənzildə qətl baş verib. Səbail RPİ 9-cu polis bölməsi və rayon prokurorluğunun əməkdaşları aydınlaşdırıblar ki, Şabran rayon sakini Ayla Dəmirova (1988-ci il təv.) bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, mərhumu yaxın münasibətdə olduğu Şahlar Əliyev qətlə yetirib. Onunla eyni mənzildə yaşayan rəfiqələri Aylanın bıçaqlandığını gördükdə, ona yardım etməyə çalışıblar, lakin təqsirləndirilən şəxs onlara da bədən xəsarətləri yetirib.

İstintaqın gedişatında qətlə yetirilən Ayla Dəmirovanın hadisədən 1 ay əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlməsi müəyyən edilib. Onda məlum olub ki, Ayla Dəmirova əvvəllər Hətəmpaşa Dəmirov olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.

Mərhumun yaxınlarının sözlərinə görə, Ayla ilə Şahlar sevgili olublar. Dindirmə zamanı təqsirləndirilən şəxs bildirib ki, Dəmirova ona dostu ilə birlikdə xəyanət edib, buna görə o, qısqanclıq zəminində onu qətlə yetirib.

Məhkəmə prosesi qapalı keçirilir.
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO
Bakıda transseksual Hətəmpaşanı öldürən şəxs məhkəmə qarşısında – FOTO


Xəbəri paylaş

1 6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___