Unun və çörəyin qiyməti endirildi (RƏSMİ)
Tarix: 15-01-2016 | Saat: 12:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.
Qeyd edək ki, dolların manata nisbətən bahalaşmasından sonra çörəyin və unun qiymətində artım müşahidə olunurdu.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

18-10-2019, 15:31
Prezident bu gün komitə sədrin qəbul etdi - FOTO
10-08-2023, 10:54
"Ölümləri artıra biləcək yeni Covid-19 variantı riski var" - ÜST-dən qorxulu açıqlama
2-06-2016, 15:22
Türkiyə Almaniyadakı səfirini geri çağırdı
24-03-2015, 13:15
Paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosu yayılıb. - VİDEO
18-10-2017, 12:18
Otellərin nikah kağızı tələb etməsi qanunsuzdur? - RƏSMİ AÇIQLAMA
26-10-2022, 10:15
Özəl xəstəxanalar ƏDV-ni QAYTARMIR – Vətəndaşlardan ŞİKAYƏT
21-07-2017, 19:02
"Sevginin Göz Yaşları" serialı başlayır-doğma kanal Lider Tv də
30-05-2016, 13:11
Ermənilərdən şok təklif - Arazın sol qolu kəsilsin
26-11-2016, 16:09
Cinsini dəyişib Ceylo olan Ceyhunu elə günə qoydular ki... - Bakıda/FOTO
24-03-2021, 16:53
Sumqayıtda idman zalında məşq edənlər cərimələndi