Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 28 yaşlı oğlan "Viaqra" içib öldü
Tarix: 14-01-2016 | Saat: 15:54
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda 28 yaşlı oğlan "Viaqra" içib öldü

Bakıda 28 yaşlı oğlan həddən artıq "Viaqra" qəbul edərək ölüb.

Xeberaz.az-in haqqın.az-a istinadla verdiyi məlumata görə, hadisə Bakının Nərimanov rayonunda yanvarın 13-dən 14-ə keçən gecə qeydə alınıb. Bu faktı Nərimanov rayonu Polisi İdarəsindən təqdiq ediblər.

İlkin məlumatlara görə, Gəncə şəhər sakini M.Hüseynov inşaat sektorunda işləyirdi və Bakıda kirayədə qalırdı. Hadisə barəsində qonşuların məlumatından sonra təcili yardım gənc oğlanın mənzilinə gəlib və onu ağır vəziyyətdə aşkar ediblər. Ancaq həkimlər gənc oğlanın həyatını xilas edə bilməyiblər. M.Hüseynov ürək partlamasından dünyasını dəyişib.

Hadisə yerində müayinə zamanı "Viaqra" preparatının qutusu aşkar edilib. Bundan belə nəticəyə gəlinib ki, cavan oğlanın ölümünə bu həblər səbəb olub. Bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə zamanı mənzildə tək olmayıb. Onun yanında qız da olub. Hadisə zamanı qız qorxduğu üçün mənzildən qaçıb.

Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

3 2118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___