Pentaqon Ankaranın Suriya ilə bağlı yeni planını açıqladı
Tarix: 13-01-2016 | Saat: 22:44
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin cənub sərhədlərinin mühafizəsi çərçivəsində Suriyadakı sünni ərəb döyüşçülərinin silahlandırılması və təliminə kömək haqqında Ankaranın müraciətini araşdırır.
Bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən “The Wall Street Journal” bildirib.
Nəşrin məlumatına görə, Türkiyə-Suriya sərhədinin mühafizəsi üçün mötədil Suriya müxalifətinin bölmələrinin yaradılması haqqında danışıqlar Ankarada ABŞ Baş Qərargahlar rəislərinin Birləşmiş Komandanlığının sədri general Cozef Danfordun iştirakı ilə aparılıb. Ancaq yekun qərar hələ qəbul edilməyib. Danford təlim və silahlanma proqramının detallarını açıqlamaqdan imtina edib. Amma qeyd edib ki, Vaşinqton müxalif qüvvələrinin tərkibini özü müəyyən etməli olacaq.
Qeyd edək ki, Türkiyə Suriya ilə sərhəddə 23 kilometrlik beton maneə inşa edib, 108 kilometr tikanlı məftil çəkib, 386 kilometr səngər qazıb və 423 kilometrdə işıqlandırma sistemi qurub. Lakin bütün bunlar sərhədin mühafizəsi üçün kifayət etmir.
Pentaqonun məlumatına görə, Suriya ilə sərhədin mühafizəsi üçün 30 mindən çox hərbi qulluqçu lazım ola bilər. Ankara isə bunun üçün böyük maliyyə vəsaitinin lazım olduğunu bildirir.Publika.az
Xəbəri paylaş
5638 dəfə oxunub.
Digər xəbərlər

11-02-2019, 18:39
Azərbaycanda dəhşət: 17 yaşlı yeniyetməyə işgəncə verib başının dərisini qopartdılar - Foto
3-02-2019, 15:20
Bakının məşhur otelində azyaşlı qız evli kişi tərəfindən zorlanıb
13-01-2016, 00:45
Cəlilabadda faciə: 7 yaşlı uşaq öldü - YENİLƏNİB
6-01-2017, 21:26
Bakıda xanım jurnalistin maşınını soydular - Foto
3-07-2022, 11:46
Bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb
26-08-2023, 10:59
Gənc idmançını öldürən Ruslanla bağlı YENİ QƏRAR
24-05-2015, 00:00
Nəsrin Cavadzadə: Nəslinə kimi söyürlər – FOTO
12-06-2017, 13:45
Maaş kartları ilə gediş haqqını ödəmək olacaq
29-11-2020, 14:25
Azərbaycanda koronavirusdan rekord sayda ölüm - 4170 yeni yoluxma
1-04-2015, 00:07
Hər tərəfə fasiləsiz və pulsuz danış - Rəsmi