Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdi
Tarix: 13-01-2016 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm / M2 / İbadət | çapa göndər
“Qanunauyğun fəaliyyət göstərəcək”.
Nardaranda qeydiyyatsız fəaliyyət göstərdiyinə görə bağlanan Rəhimə Xanım ziyarətgah-məscidinin qeydiyyata alınması üçün Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib.
Xeberaz.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov deyib.
O bildirib ki, Rəhimə Xanım məscid-ziyarətgahının dini icması qeydiyyatla bağlı QMİ-yə müraciət edib:
“Biz uyğun gördük və sənədlərin toplanması üçün göstəriş verdik. Onlar sənədlərini toplayıb bizə təqdim edəcəklər və biz də aidiyyəti üzrə rəy verib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yollayacağıq. Güman edirəm ki, məscid-ziyarətgah tezliklə qeydiyyata alınacaq və qanunauyğun fəaliyyət göstərəcək”.
Qeyd edək ki, Nardarandakı hadisələrdən sonra qəsəbə üzrə yalnız Cümə məscidi qeydiyyatı olduğu üçün fəaliyyətini davam etdirib. Digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidi isə qeydiyyatları olmadığı üçün fəaliyyətini dayandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, həmin məscidlər sənədlərini toplayıb, QMİ-yə verməli və QMİ də öz rəyi ilə birlikdə sənədləri komitəyə təqdim etməlidir.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

13-12-2022, 11:04
Sumqayıtda QƏTL: Gənc oğlan 47 yaşlı kişini öldürüldü
25-03-2020, 15:31
İranda işləyən azərbaycanlı həkim koronavirusdan DANIŞDI
19-01-2018, 14:00
Ruslan Abışovdan ateist söhbətinə reaksiya
9-07-2015, 10:43
Prezident İlham Əliyevin İtaliyada səfərdədir - FOTOLAR
9-09-2022, 12:57
Hər səhər 1 qaşıq için. SAĞLAMLIQ və CAVANLIQ MƏNBƏYİ
20-12-2016, 11:12
Rusiyada dərmandan ölənlərin sayı 54-ə çatdı
5-08-2023, 18:56
Elşən Xəzər saxlanılması ilə bağlı yayılan xəbərdən DANIŞDI -"Mənim İranla heç bir əlaqəm yoxdur”
23-06-2017, 15:24
Sarımsaq qoxusunu yox etməyin TƏBİİ YOLLARI
16-07-2016, 23:09
Türkiyədə qanlı gecədə əkizlər şəhid oldu - FOTO