Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda oğru aptek işçisinin əlindəki pulu alaraq qaçdı
Tarix: 13-01-2016 | Saat: 14:02
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Bakıda oğru aptek işçisinin əlindəki pulu alaraq qaçdı
Polis əməliyyat keçirib.

Bakıda aptekə daxil olan şəxs orada işçinin əlindəki pulu alaraq qaçıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib.

Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

7998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___