Ramil Usubov polis əməkdaşlarından ayıq-sayıq olmağı tələb etdi
Tarix: 12-01-2016 | Saat: 19:24
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Polis əməkdaşları qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilməli, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməlidir.
Xeberaz.az xəbər verir ki, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Əlahiddə Çevik Polis Alayında keçirilən əməliyyat müşavirəsində deyib.
Daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinın yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb.
General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən əməkdaşların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsini, yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüskarlıq göstərilməsini, eyni zamanda, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsini, lazımi təhlillər aparılmaqla qüvvə və vasitələrin yerləşdirilməsi planına korrektələr edilməsini tələb edib:
"Bakı şəhərində ictimai yerlərdə baş verən cinayətlərin profilaktikası diqqət mərkəzində olmalı, ictimai təhlükəsizlik əleyhinə olan digər cinayətlərin qarşısının alınması üzrə tədbirlər daha da gücləndirilməli, insanların daha çox toplaşdığı və digər izdihamlı yerlərdə xidmət aparan post-patrul naryadları daim ayıq-sayıq olmalı, şəxsi heyətin peşə hazırlığı daha da artırılmalıdır".
Bu gün xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən bütün lazımi şərait yaradıldığını, şəxsi heyətin xüsusi diqqət və qayğı ilə əhatə olunduğunu nəzərə çatdıran nazir möhtərəm dövlət başçımızın daxili işlər orqanlarına olan böyük etimadına cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin, Vətənə və xalqa ləyaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.
Daxili işlər naziri Prezident İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.
Xəbəri paylaş
7538 dəfə oxunub.
Digər xəbərlər

8-09-2021, 10:54
Türkiyəyə aparılan Sayqa NƏLƏR DANIŞDI? - Yeriyə, danışa bilmirəm...
22-03-2017, 14:43
Ağır cinayət törədən şəxs sərhəddə yaxalandı -RƏSMİ
20-09-2018, 09:55
Sevil Nuriyevanın iş adamı ərini İstanbulda qətl edən şəxs kimdir? - DİN-də idarə rəisi olub (TƏFƏRRÜAT)
2-07-2015, 11:34
Bu gün Azərbaycanda polis günüdür
27-02-2016, 09:20
27 fevral ulduz falı
22-12-2021, 09:09
Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq
15-09-2023, 09:35
Oğuzda FİLM KİMİ QƏTL – Kirvəsini öldürmək istəyirdi, güllə özünə tuş gəldi – FOTO
16-06-2023, 13:22
"Yalı Çapkını"nın hər bölümü 14 milyona satılır - FOTO
9-08-2020, 16:50
Rəqiblə durumumuz eynidir" - Qurban Qurbanov
30-06-2017, 13:30
Dövlət büdcəsi dəyişdirildi - Xərclər artırılır