Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maral Tahirqızından xəbər var
Tarix: 10-01-2016 | Saat: 10:17
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Maral Tahirqızından xəbər var
Apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlandı.

Həbsdə olan müğənni Maral Tahirqızının apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
Xeberaz.az-ın Report-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçiriləcək iclas yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Daha sonra o, ilkin qərardan kassasiya şikayəti verdiyi üçün məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.


Xəbəri paylaş

1 8458 dəfə oxunub.

Digər xəbərlər
22-03-2015, 01:10 "Biz super klub deyilik"

bütün xəbərlər
____ Instagram ___