Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bakıda yol polisini maşınla sürüdülər - Xəstəxanalıq oldu
Tarix: 09-01-2016 | Saat: 01:36
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

“Bakıda yol polisini maşınla sürüdülər  -  Xəstəxanalıq oldu
Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Xeberaz.az musavat.com-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib.

DYP əməkdaşları Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi "Hyundai Sonata" markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıb.

Bu zaman məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığından maşının cərimə meydançasına aparılmasını istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb.

Bunun qarşısını almaq istəyən polis baş serjantı avtomobilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___