Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 66 məktəb direktoru işdən çıxarıldı
Tarix: 08-01-2016 | Saat: 13:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda 66 məktəb direktoru işdən çıxarıldı


Ötən il ərzində Azərbaycanda iş fəaliyyətinin son yaş həddinə çatmış 66 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib, 76 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinin müddəti isə 1 il uzadılıb.

Xeberaz.az bildirir ki, bunu Trend-ə Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində çalışmağın son yaş həddinə çatmış işçilərlə bağlanmış əmək müqaviləsinin müddətinin uzadılması Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmrində qoyulmuş tələb və meyarlar (son ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqası ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) gözlənilməklə, təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

İ.Nağıyev qeyd edib ki, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti hər dəfə 1 ildən çox olmayaraq 5 dəfə uzadıla bilər.
Qeyd edək ki, Əmək Məcəlləsinə görə, dövlət müəssisələrində çalışmaq üçün son yaş həddi 65-dir.


Xəbəri paylaş

8058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___