Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə siqaret və tütün məmulatlarının bahalaşmasına münasibət bildirib.
Tarix: 08-01-2016 | Saat: 13:37
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

İqtisadiyyat və Sənaye Nazirliyi ölkədə siqaret və tütün məmulatlarının bahalaşmasına münasibət bildirib.

Xeberaz.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev "APA-Economics"ə açıqlamasında bildirib ki, siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin qiymətləri siyahısına daxil deyil: "Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır".

Xatırladaq ki, bu gün ölkə ərazisində siqaretlərin pərakəndə satış qiyməti artıb.

Tütün məmulatlarının pərakəndə satış qiymətində orta hesabla 0,5 manat artım müşahidə olunur.

Bu, ötən ilin dekabr ayının 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci qiymət artımıdır. Xatırladaq ki, dekabrın 21-də manatın 48% dəyərdən düşməsindən sonra tütün məmulatlarının qiymətində təxminən yarıbayarı bahalaşma müşahidə olunub.

Növbəti qiymət artımının siqnalları ötən günün sonunda gəlməyə başlayıb. Belə ki, topdansatış nöqtələrində siqaretin satışı dayandırılmışdı. Gözlənilən baş verdi - qiymətlər təxminən 0,50-0,70 manat artıb.

Bazarda böyük pay sahibi olan şirkətlərdən biri "Japan Tobacco International Baku"dan "APA-Economics"ə bildirilib ki, tütün məmulatlarının bahalaşmasına səbəb dolların real məzənnəsinin artımı ilə bağlıdır.

Məlum olduğu kimi, tütün məmulatlarının istehsalı idxala bağlı olan prosesdir. Artıq uzun müddətdir davam edən dolların bahalaşması bu sahəyə təsir etməkdədir.


Xəbəri paylaş

9028 dəfə oxunub.

Digər xəbərlər
10-04-2015, 23:47 Cəhənnəmdən xəbər var

bütün xəbərlər
____ Instagram ___