Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"29 kilo nədir ki, 1 ayın nəşəsidir" - Saxlanılan narkoman - VİDEO
Tarix: 06-01-2016 | Saat: 19:20
Bölmə:Karusel / Hadisə / M2 / Xəbəraz TV | çapa göndər

"29 kilo nədir ki, 1 ayın nəşəsidir" - Saxlanılan narkoman - VİDEO
"Kişinin silahı olar da, arada lazım olur"

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və odlu silah müsadirə edilib.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Xəqani Zeynalov saxlanılıb.
X.Zeynalovun üzərinə baxış zamanı 28,2 qram, yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 50 qram tiryək və 29 kiloqram marixuana, həmçinin nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.

Xəqani Zeynalov - saxlanılan şəxs: "29 kilo nədir ki, 1 ayın nəşəsidir. Kişinin silahı olar. Silahı küçədən tapmışam, nəyə görə verməliyəm ki? söhbət ondan getmir ki, sən kişi deyilsən. Söhbət ondan gedir ki, silah varımdır, saxlayıram, arada lazım olur".

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___