Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İFTİDA – QADININ BOŞANMA HAQQI
Tarix: 06-01-2016 | Saat: 18:35
Bölmə:Karusel / Maraqlı / M2 / İbadət | çapa göndər

İFTİDA – QADININ BOŞANMA HAQQI

İftida fidyə vermək deməkdir. İnsan fidyə verərək ya canını, ya da başqa bir şeyi xilas edə bilər. İftida kəlməsi evliliklə bağlı istifadə edildiyində qadının bədəl qarşılığında nikah bağını qoparması, sonlandırması mənasında gəlir.

Kişilər 2 dəfə iddət müddəti gözləməklə 3 dəfə qadınını boşama (talaq) haqqına sahibdir. Kişinin boşanma haqqına İslam ədəbiyyatında «Talaq» deyilir. Quran qadına da boşanma haqqı vermiş, bu boşanmanının şərti olaraq isə iftida, yəni fidyə tələb olunmuşdur.

İftidanın Qurandakı dəlili
İftida Quranla sabitdir və Allahın izin verdiyi bir haldır: «…Onlara verdiklərinizdən geri bir şey almağınız sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır». (Bəqərə, 229)

Kişilərdən fərqli olaraq qadın boşanmaq üçün təkbaşına qərar verə bilməz. Evliliyini davam etdirə bilməyəcəyini düşünən qadın vəziyyəti ailəsinə (vəlisinə) və ya onu boşamaq səlahiyyəti olan birinə (hakimə) izah etməlir. Ailə üzvləri və hakim onları barışdırmaq, problemi həll etmək üçün çaba göstərməlidir:
«Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır». (Nisa, 128)

«Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, (hər şeydən) Xəbərdardır». (Nisa, 35)

Şahidlər (hakimlər) evlilyin davam etməsinin mümkünsüzlüyü qənaətinə vararlarsa qadına iftida haqqını verərlər ki, boşanmaq istəyən qadın da həyat yoldaşından aldığını geri qaytarar. Ayədə keçən «onlara verdiklərinizdən» ifadəsi qadının ərindən aldığı mehrin hamısı ola bildiyi kimi, yarısı da ola bilər. Bunlardan nə qədərini qaytaracağını adətən şahidlər (hakimlər) təyin edir. Boşanmada ər günahsızdırsa o zaman mehrin hamısı geri qaytarılır.
Günümüzdə şahidlik məqamını adətən məhkəmələr yerinə yetirir. Belə bir məhkəmə sistemi yoxdursa bu işi bacaran, adil olan 2 nəfər seçmək məsləhətdir.

Tarixdə İftida
Hudeybiyədə Rəsulallahla müşriklər arasında bir müqavilə imzalanmışdır ki, bu müqavilənin şərtlərindən biri də müşriklərdən iman edib Rəsulun yanına hicrət edən kişilərin müşriklərə geri verilməsi tələbi idi. Bu anlaşmadan sonra Məkkədən bir qrup qadın iman edərək hicrət etdilər. Bu hadisə üzərinə «Ey iman edənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdikləri mehri özlərinə qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da (mömin qadınlara) sərf etdikləri mehri (sizdən) tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir» (Mümtahinə, 60) ayəsi nazil oldu.
Rəsulullahla müşriklər arasındakı müqavilədə racul (kişi) kəlməsi olduğu üçün Rəsulullah qadınları geri göndərmədi. Ayə evli olduğu halda imanlarına görə qaçıb müsəlmanlara sığınan qadınlara sahib çıxmaları müsəlmanlardan istənildiyi üçün Allah Rəsulu qadınların mehirlərinin müşriklərə geri verilməsini təmin etdi. Onların hicrət etmələri ərlərindən ayrılmaq istədiklərinə dəlil olduğu kimi, Rəsulullahın da hakimlik vasfı ilə hökm vermək səlahiyyəti va idi. Və o qadınların fidyə qarşılığında (iftida) azadlıqlarını geri alıb boşanmalarına qərar vermişdir.

Başqa bir rəvaytədə Ənsardan olan bir qadının boşanmasına Rəsulun izin və hökm verdiyini görürük. Hadisəni nəql edən ravilər aşağıdakı olayı anladırlar: «Ənsardan Sehlin qızı Həbibə Sabit b. Kays ilə evli idi. Bir gün Rəsul sabah namazına çıxmışdı. Səhərin ala qaranlığında qapısının önündə dayanıb onu gözləyən Həbibəni gördü. «Sən kimsən?» deyə soruşdu. «Salehin qızı Həbibə» cavabını aldı. «Nə olub, problemin nədir?» sualına Həbibə: «Salehlə birlikdə olmaq istəmirəm» cavabını verdi.
Həbibə Rəsulullahın qonşusu idi və xarakter etibarı ilə sərt biri olan əri Saleh onu döymüşdü. Həbibə ondan nifrət edirdi. Xanımını döyməsinə baxmayaraq isə Sabit onu sevirdi. Allah Rəsulu Sabitin mehir olaraq Həbibəyə bir bağça bağışladığını bilirdi. Ona görə də «sənə verdiyi bağçanı geri qaytara bilərsənmi?» deyə soruşdu. Həbibə hətta artığını belə verə biləcəyini söyləyincə Rəsulullah: «artığını deyil, sadəcə bağçanı geri qaytar» dedi. Allah Rəsulu daha sonra Sabitə «bağçanı geri al» dedi və Həbibə ailəsinin yanına döndü.

Hadisəni bizə nəql edən ravi Sabitin Həbibəni döydüyünü rəvayət etsə də Allah Rəsulu Həbibədən boşanmaq istəməsinin səbəbini soruşmamış, mehiri geri verib, verə bilməyəcəyi ilə maraqlanmışdır.

Məhzəblərdə iftida
Qurandan fərli olaraq məzhəb alimlərimiz iftida kəlməsi əvəzinə hul və ya muhaləa adını verdikləri bir boşanma yöntəmi təyin etmişlər. Hul lüğətlərdə əlbisəni çıxartmaq mənaına gəlir. Ər-arvad bir – birinin əlbisəsi olduğu üçün muhaləa, qarşılıqlı olaraq evlilik əlbisəsini çıxarmaq mənasına gəlir. Fıkhın irəli sürdüyü muhaləada məhkəmənin və ya hakimlərin müdaxiləsi tələb olunmur və son qərar nə üçünsə qadının deyil, kişinindir. Boşanmaq istəyən qadınının yerinə onun boşayıb boşamamaq qərarını əri verir. Nəticədə də təbii olaraq muhaləa yöntəmi ilə qadının boşanma haqqı əlindən alınır. Halbuki Allah həm qadına, həm də kişiyə boşanma haqqını vermişdir. Evlilyini davam etdirilməyəcəyi qərarını verən tərəflər boşanma haqqına sahibdirlər.
Bu istər qadın olsun, istərsə də kişi. Xristian inancında evlilik ölüncəyədək sürdürlməli olduğu halda İslam inancında tərəflərin boşanma haqqı vardır. LAkn bu haqqı yerli - yersiz istifadə, hər bir kiçik anlaşılmamazlıq zamanı evlilik bağını qoparmaq doğru deyildir. Evlənmək qədər boşanmaq da ciddi bir işdir və mütləq şahidlərlə həyata keçirilməli, düşünülərək qərar verilməlidir. Qadın və kişi ayrılarkən sadəcə evlilik bağı qoparılmır, eləcə də qohumlar arasındakı münasibətlər korlanır. Bu durumda ən çox əziyyət çəkən təbii ki, uşaqlardır. Valideyinlərinin yerli-yersiz qərarları onları pisixasını pozur, gələcəkdə quracağı ailə daxili münasibətlərinə xələl gətirir. Valideyinlərin ayrılmaq qərarını anlamadığı üçün özünü gühankar görür və bu da daha sonra onlarla münasibətinə belə əks təsir göstərir. Buna görə də boşanmaq qərarı alan valideyinlər ilk öncə öz aralarında danışmalı, sonra bu işi yoluna qoya biləcək, problemi həll edə biləcək iki adil şahidin (hakimin) görüşünə uymalıdırlar. O şahidlər də evliliyin davamının mümkünsüzlüyü qənaətinə vararlarsa imkan daxilində bu boşanma səbəbini övladlarına izah etməyə çalışmalıdırlar. Övladının gələcəyini düşünən valideyin öz problemi ilə onu yükləməməlidir. İki normal və yetişkin insan kimi davranmalı, birikdə keçirdikləri xoş günlərin xətrinə gözəl şəkildə ayrılmalıdırlar.


Xəbəri paylaş

8738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___