Nazir kütləvi ixtisarlardan danışdı
Tarix: 06-01-2016 | Saat: 13:47
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər
Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq. Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.
S. Müslümovun sözlərinə görə, iş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru nazirliyin diqqətində saxlanılır.
“Belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur. Bunu həyata keçirmək üçün həmTəhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir. Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. İş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər. Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər”, – deyə nazir qeyd edib.
S. Müslümov əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir. “Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. İşsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq. Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər”, – deyə nazir qeyd edib.APA
Xəbəri paylaş
5998 dəfə oxunub.
Digər xəbərlər

19-09-2015, 23:02
Oqtay Şirəliyev əmr verdi; Baş həkim işdən çıxarıldı
24-05-2018, 20:52
Xuraman əməliyyat olunacaq
15-07-2016, 18:55
Elnarənin doğuş vaxtı çəkilən FOTOSU
3-09-2015, 01:29
"Instagram"dan növbəti möhtəşəm — YENİLİK!!!
19-04-2020, 17:33
"Yuventus" Zidanı baş məşqçi vəzifəsinə gətirmək istəyir
22-10-2021, 09:21
Şok iddia: “Bəzi valideynlər xəstə uşaqları məktəbə göndərir“ - Reportaj
3-09-2023, 08:57
Yalana meyilli bürclər - Onların tələsinə düşməyin!
21-04-2016, 01:15
Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN
24-12-2016, 01:57
Goranboyda şəhid ailəsinin evini yardılar - FOTO