Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səudiyyə şiə edamına öncədən hazırlaşıbmış - Gizli sənəd
Tarix: 05-01-2016 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Səudiyyə şiə edamına öncədən hazırlaşıbmış - Gizli sənəd
Səudiyyə Ərəbistanının Şeyx Nimrin edamına kəskin reaksiyaların veriləcəyini əvvəlcədən təxmin etdiyi və bununla bağlı tədbirlər gördüyü ortaya çıxıb.
Xeberaz.az xəbər verir ki, Səudiyyə insan hüquqları müdafiəçilərinin əldə etdiyi sənəd İngiltərənin “İndependent” qəzeti tərəfindən dərc olunub.

Sənəddə ölkənin təhlükəsizlik orqanlarından 31 dekabra planladıqları tətilləri ləğv etmələri və növbəti əmrə qədər maksimum tədbir görmələri istənilib.

“Repriev” insan hüquqları təşkilatı bu sənədin edamların siyasi xarakterli olduğunu sübut etdiyini açıqlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___