Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda daha bir bank açılır
Tarix: 06-04-2015 | Saat: 12:51
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Azərbaycanda daha bir bank açılır
Bank lisenziya alıb.

Aprelin 2-də Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Ziraat Bank Azərbaycan” ASC-nin səhmlərini dövlət qeydiyyatına alıb.

Komitədən Oxu.Az-a verilən məlumata görə, qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən 50 000 ədəd adi sənədsiz adlı səhmlərin hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.

Qeyd edək ki, 1863-cü ildən fəaliyyət göstərən “T.C. Ziraat Bankası” Türkiyənin ən iri bank təşkilatıdır, aktivlərinin həcmi isə 108 mlrd. ABŞ dolları təşkil edir.

Bir müddət əvvəl “T.C. Ziraat Bankası” ölkəmizdə törəmə bankın təsis edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etmişdi. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabr ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___