Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Doğuş zamanı faciə: Uşaq öldü
Tarix: 02-01-2016 | Saat: 15:01
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Doğuş zamanı faciə: Uşaq öldü
Ananın ir bil öncə onun dünyaya gətirdiyi qız uşağı ölüb.

Lənkəranda doğuş zamanı körpə ölümü faktı qeydə alınıb.

Xəbəraz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün baş verib. Rayonun Şağlaser kənd sakini, 22 yaşlı Aynur Şakir qızı Bəşirova dekabrın 31-də doğuş sancıları ilə
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının perinatal şöbəsinə qəbul olunub.

Təbii üsulla aparılan doğuş zamanı 2,5 kiloqram çəkidə oğlan uşağı dünyaya gəlib. Həkimlər tərəfindən körpəyə lazımi tibbi yardım göstərilsə də, körpə dünən günün ikinci yarısında vəfat edib.

Uşağın ölümünə səbəb kimi ağciyərində yaranmış problem göstərilir.

Məlumata görə, ananın səhhətində isə hər hansı bir problem yaranmayıb.

Qeyd edək ki, bu, A.Bəşirovanın ikinci hamiləliyidir. Bir il öncə onun dünyaya gətirdiyi qız uşağı da doğuşdan dərhal sonra ölüb.


Xəbəri paylaş

8978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___