İlham Əliyev tanınmış futbolçunu əfv etdi - FOTO
Tarix: 29-12-2015 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm / İdman / M2 | çapa göndər
O avtomobil ilə yolu keçmək istəyən piyadanı vurub.
Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslərdən birinin futbolçu olduğu müəyyənləşib.
Xeberaz.az “Report”a istinadən xəbər verir ki, bu, hazırda “Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.
Sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Xatırladaq ki, futbolçu “Bakı”da çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olub. Bununla belə, N.Novruzova qarşı cinayət işi qaldırılıb.
Klubun da müraciətindən sonra ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitiminə təqribən 3 ay qalmış əfv olunub.
Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub.
Xəbəri paylaş
7208 dəfə oxunub.
Digər xəbərlər

27-01-2022, 12:49
Təhsil ocaqlarında şagird ÖZBAŞINALIQLARI: - "Bu, müəllimin günahı deyil, sistemin..."
28-08-2015, 12:37
Mərkəzi Bankın iki variantı var – Dollar problemi
1-11-2021, 08:49
Komitədən 11 yaşında ana olan qızın qardaşı ilə bağlı açıqlama
16-06-2016, 15:43
127 məzarın GPS koordinatı hazırlandı - Hərbi
27-10-2023, 20:29
FƏLAKƏT: quş qripi ilk dəfə Antarktidaya çatdı
15-05-2022, 11:01
Bir ailənin üç üzvü çiyələkdən ZƏHƏRLƏNDİ
14-07-2016, 02:47
2 qadın “McDonald's”-da satıcını döydü - VİDEO
15-01-2022, 12:39
Əliyar Qasımovun “ Holluwood Cinema Clubu”.... - Daha doğrusu, cinsi azlıqların məskəni....
9-01-2017, 17:17
"Bozbash Pictures"in dünyada izlənmə rekordu qıran görüntüsü - VİDEO
19-05-2018, 08:44
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı