Azərbaycan Mərkəzi Bankı dollarla borcları olanlara kömək edə bilər
Tarix: 27-12-2015 | Saat: 14:53
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“Əsas məsələ əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir”.
Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib.
Xeberaz.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.
Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.
Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib:
“Assosiasiya bu qərarı alqışlayır. Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına - kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. - əl atmalıdır”.
Z.Nuriyev qeyd edib ki, dövlət tərəfindən atılmalı olan daha bir zəruri addım əhalinin sığorta əmanətləri üzrə sistemin tam dəyişdirilməsidir: “Yaxın üç il ərzində əhalinin, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin banklardakı bütün əmanətlərinin 100 faiz təmin edilməsi lazımdır. Bu, baş verən proseslərin əmanətçilərə ziyan vurmaması üçün gərəkdir”.
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

2-03-2017, 14:31
Deputat Arif Rəhimzadə: "Biz türk deyilik, onlar ayrı millətdir!"
5-08-2022, 15:42
Füzulinin icra başçısı naziri SAYA SALMIR? - İDDİA
12-02-2016, 16:01
Azərbaycanda daha bir şəhər salınır
22-11-2019, 05:58
"Barış pınarı"na dəstək olan futbolçu ilə bağlı ŞOK QƏRAR
13-06-2021, 02:12
ÜZÜCÜ XƏBƏR! Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO
30-03-2015, 23:12
Alkaşlıq edən insanlara, Şair Müzəffərdən Araqla sən zafarat eləmə adlı şeiri VİDEO-ŞOK-ŞOK
18-03-2019, 16:22
"Ora avtoritar düşən mələk cildinə bürünüb demokrat kimi çıxır" - Siyavuş Novruzov
9-04-2017, 17:50
Azərbaycan və Türkiyə turizm sahəsində birgə işlər görəcək
6-07-2017, 23:29
“Zirə” səfərdə qalib gəldi
21-10-2017, 17:11
Atası öləndən 3 gün sonra şouya qatılan Vüqar: "Kim 40 gün gözləyir?"