Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramzan Kadırov Zabit Səmədova 150 minlik maşın hədiyyə etdi (FOTO)
Tarix: 27-12-2015 | Saat: 12:54
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Ramzan Kadırov Zabit Səmədova 150 minlik maşın hədiyyə etdi (FOTO)


Azərbaycan əsilli döyüşçü Zabit Səmədov bu gecə əldə etdiyi qələbəyə görə hər kəsə təşəkkür edib.

Xeberaz.az-in məlumatına görə, həmyerlimiz rəsmi Facebook səhifəsindən paylaşdığı statusda ona dəstək olan və azarkeşlik edən hər kəsə, həmyerlilərimizə minnətdarlığını bildirib.

"Mənim qardaşım Ramzan Kadırova, mənə etdiyi hədiyyəyə, bu revanş döyüşün baş tutmasına görə təşəkkür edirəm. Bir daha mənə verdiyiniz dəyərə görə çox sağ olun".

Çeçenistanın lideri Ramzan Kadırov həmyerlimizə qələbə qazandığı üçün son model "Mercedes" bağışlayıb. Zabit isə 150 min dollar qiymətində olan avtomobilin şəkilini öz səhifəsində paylaşaraq Kadırova təşəkkür edib.

Ramzan Kadırov Zabit Səmədova 150 minlik maşın hədiyyə etdi (FOTO)

Qeyd edək ki, bu gecə Azərbaycan əsilli döyüşçü Zabit Səmədov daha bir möhtəşəm qələbə qazanıb. 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb.

"Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində "Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb. Rəqibi ilə ilk dəfə 23 İyun 2007-ci il tarixində Amsterdamda qarşılaşan Zabit həmin qarşılaşmada elə ilk raundaca nakauta düşərək məğlub olmuşdu.

Bu dəfə isə hər şey fərqli olub. Həmyerlimiz 5 raund döyüşərək sonda qələbəni bayram edən tərəf olub. Qarşılaşmanın sonunda 3 hakimin ortaq qərarı ilə qalib elan olunan Zabit beləcə revanş döyüşündən üzü ağ çıxıb.


Xəbəri paylaş

1 7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___