Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı

Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı


10-12-2015, 13:59. Yazar: Xeberaz
Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı
Xəstənin vəziyyəti kritikdir.

Dünən Bakının Xətai rayonunda intihara cəhd olub.

Xeberaz.az xəbər verir ki, bu barədə haqqin.az-a Xətai rayon Polis İdarəsindən bildiriblər.

Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb.

Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir.

İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Geri dön