Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Hamilə qadın xəstəxananın həyətində doğdu

Hamilə qadın xəstəxananın həyətində doğdu


22-11-2015, 14:23. Yazar: Xeberaz
Hamilə qadın xəstəxananın həyətində doğdu

Meksikanın Ohaka ştatında xəstəxana personalları doğmaq üçün onlara müraciət edən hamilə qadına köməklikdən imtina ediblər. Nəticədə qadın, körpəsini elə xəstəxananın həyətində olan çəmənlikdə doğub.
Meksikanın Bulvar qəzeti La Razona görə, oktyabrın 2-si hamilə olan İrma Lopez səhər tezdən doğuş sancıları hiss edib, yoldaşını yuxudan oyadır. Sübh qaranlıqda onlar piyada magistral yola çıxıb yol maşını ilə San Filipdə yerləşən xəstəxanaya yardım üçün müraciət edirlər. Lakin tibb bacısı xəstəxanada tibb personallarının az olduğuna əsaslanaraq qadını qəbul etməkdən imtina edir. Tibb bacısı ilə emosional dialoq zamanı İrma hiss edir ki, onun sancısı dahada güclənir. 29 yaşlı İrma birinci dəfə deyil ki ana olur. Ona görə də o anlayır ki, artıq doğuş başlayır. Əlacsız qalmış İrma xəstəxananın həyətinə çıxıb,yaşıl çəmənlikdə doğmaq üçün güc verməyə başlayır. "Mən belə doğmaq istəmirdim. Bu dəhşətli və çox ağrılı idi. Həmidə mən tək idim. Yoldaşım doğmağımı görüb həkimləri çağırmağa getdi"-doğuşdan sonra qadın qeyd edib.

Bu şok anı yoldan keçənlər fotoaparata çəkib, sonra həmin şəkilləri yerli jurnalistlərə veriblər. Azadqadin.az bildirir ki, Şahidlərdən biri olan Paçeko Lopez hələ göbəyi anaya bağlı olan şəkili öz Facebook səhfəsinə yerləşdirib. Şəkillər ictimai səs-küyə səbəb olduğundan Meksikanın səhiyyə nazirliyi müvəqqəti olaraq xəstəxananın faliyyətini dayandırmışdır. Jurnalistlərin xəbərinə görə, 29 yaşlı İrma və onun körpəsi özlərini artıq yaxşı hiss edirlər.

İrma qeyd edib ki, kasıb insanlar səhiyyə və dövlət tərəfindən unudulduqlarına artıq öyrəşiblər. "Mən ona- Salvador adı verdim. Salvador-xilaskar deməkdir və istərdim ki, oğlum xilaskar olsun həyatda"- müsahibə zamanı ananın son sözləri bu olmuşdur.
Geri dön