Ana Sayfa > Karusel / Dünya / Fotogalereya > Dünyanın ən ucaboy sakini öldü

Dünyanın ən ucaboy sakini öldü


12-11-2015, 00:30. Yazar: Xeberaz
Dünyanın ən ucaboy sakini öldü


Tailandın şimal-şərqində yerləşən Surin əyalətində dünyanın ən ucaboy sakini, 26 yaşlı Pornçay Saosri vəfat edib.

Xəbəraz.az Azərtac-a istinadən xəbər verir ki, Saosrinin boyu 2 metr 69 santimetr olsa da, onun rekordu rəsmən qeydə alınmayıb. Son günlər 72 kiloqram arıqlayan Pornçay Saosrinin boyu daha 12 santımetr uzanmışdı. O, hərəkət qabiliyyətini itirmiş və yatağa düşmüşdü.

Qeyri-standart boyu ilə bağlı bir çox xəstəliyə düçar olan tailandlı, həmçinin yüksək təzyiqdən də əziyyət çəkirdi.

Hazırda “Ginnesin rekordlar kitabı”nda ən ucaboy insan kimi türkiyəli Sultan Kesen qeydə alınıb. Onun boyu 251 santimetrdir.
Geri dön