Ana Sayfa > Karusel / Dünya / M2 > İran nüvə razılaşmasının həyata keçirilməsinə başlayacaq

İran nüvə razılaşmasının həyata keçirilməsinə başlayacaq


13-10-2015, 14:56. Yazar: Xeberaz
İran nüvə razılaşmasının həyata keçirilməsinə başlayacaq




Səsvermədə 250 qanunverici iştirak edib.

İran parlamenti ölkənin nüvə proqramı üzrə beynəlxalq vasitəçilərin “altılığ”ı ilə sazişin həyata keçirilməsinə dair qanun layihəsini təsdiqləyib.

Xeberaz.az xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Sazişin yerinə yetirilməsini çərşənbə axşamı iclasda İran parlamentinin 161 deputatı dəstəkləyib, 59 deputat əleyhinə çıxış edib, 13 nəfər isə bitərəf qalıb. Ümumilikdə səsvermədə 250 qanunverici iştirak edib.

Daha öncə bazar günü iclasda İran parlamenti sazişin həyata keçirilməsinə dair hər şeyin daxil olduğu fəaliyyət planını birinci oxunuşda ratifikasiya etmişdi.

İran və beynəlxalq vasitəçilərin “altılığ”ı iyulun 14-nə keçən gecə İran nüvəsinin çoxillik probleminin tənzimlənməsinə dair tarixi razılıq əldə ediblər. Mürəkkəb danışıqlar müştərək fəaliyyət planının qəbul edilməsi ilə başa çatıb. Bu planın yerinə yetirilməsi, BMT TŞ, ABŞ və Aİ tərəfindən daha öncə İrana dair qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğv edilməsinə səbəb olacaq.
Geri dön