Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Dünya TV-nin işçiləri yol qəzasına düşdü

Dünya TV-nin işçiləri yol qəzasına düşdü


21-09-2015, 15:40. Yazar: Xeberaz
Dünya TV-nin işçiləri yol qəzasına düşdü

Azərbaycanda televiziya işçiləri yol qəzasına düşüb

APA-nın məlumatına görə, hadisə bu gün Masazır qəsəbəsində qeydə alınıb. “Dünya” TV-nin çəkiliş qrupunu aparan “Lifan” markalı maşın “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə televiziyanın xidməti avtomobilinin sürücüsü və maşında olan operator yüngül, jurnalist Nizami Rəsulov isə ağır bədən xəsarətləri alıb.

N. Rəsulov APA-ya açıqlamasında qəzaya düşdüklərini təsdiqləyib: “Hazırda həkim müayinəsindən keçirik. Sürücü və operator yüngül xəsarət alıblar. Mənim isə xəsarətlərim ağırdır”.
Geri dön