Ana Sayfa > Karusel / Gündəm / M2 > “Sığorta Mamed”in oğluna yeni vəzifə verildi

“Sığorta Mamed”in oğluna yeni vəzifə verildi


28-08-2015, 19:56. Yazar: Xeberaz
“Sığorta Mamed”in oğluna yeni vəzifə verildi


Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb.


Xəbəraz.az APA-ya istinadən xəbər verir ki, Ə.Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

Xatırladaq ki, Ə.Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun ("Sığorta Mamed") oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub.

Qeyd edək ki, Ə.Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.
Geri dön