Ana Sayfa > Karusel / Dünya / M2 > 2 yaşlı uşaq atasını öldürüb

2 yaşlı uşaq atasını öldürüb


21-08-2015, 13:15. Yazar: Xeberaz
2 yaşlı uşaq atasını öldürüb

ABŞ-da bir qadının evdə ərini silahla başından vurulmuş halda tapdığını polisə xəbər verməsi ilə qorxunc hadisə ortaya çıxıb

Xeberaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdə araşdırma aparan polis iki yaşlı uşağın atası Divine Vaniah Chamblissi səhvən tapanca ilə vuraraq öldürdüyündən şübhələndiyini bildirib.

Hadisənin qəza olduğuna dair sübut tapa bilmədiyini ifadə edən polis hadisə əsnasında evdə 31 yaşlı ata ilə körpədən başqa heç kimin olmadığını qeyd edib.

CNN-ə danışan bir dedektif “İntihar olmadığını bilirik, ayrıca bu ana qədər əldə etdiyimiz sübutlara görə evə zorla girildiyinə, ya da üçüncü bir adamın varlığına dair ipucuna rast gəlmədik”-,deyə bildirib.
Geri dön