Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Babasilin təbii yolla - MÜALİCƏSİ

Babasilin təbii yolla - MÜALİCƏSİ


7-08-2015, 16:53. Yazar: Xeberaz
Babasilin təbii yolla - MÜALİCƏSİ
Babasil – insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.
Babasil – düz bağırsağın ən aşağı hissəsində, selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.

Babasilin risk faktorları:

- xəstəliyə irsi meylliliyin olması;

- bədən çəkisinin normadan artıq olması;

- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;

- ağır əşyaların qaldırılması;

- xroniki qəbizlik;

- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;

- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;

- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.

Qəbizliyi olan insanlar üçün ən sadə bir üsulu qeyd etmək olar: 1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib, 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən 5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.

Bir maraqlı üsul da var. Kartof yuyulur duzlu suya

qoyulur, 1-2 saatdan sonra kartofun içinin zoğu balaca çeçələ barmaq enində kəsilir və düz bağırsağa qoyulur. Babasil əriyənə kimi edilir. Bu təbii vasitələrdən istifadə edin çox effektli üsullardır.
Geri dön