Ana Sayfa > Karusel / M2 / İbadət > Ölüm mələyi insanın canını alanda ona əziyyət verirmi?

Ölüm mələyi insanın canını alanda ona əziyyət verirmi?


9-03-2019, 20:22. Yazar: xeber
Hədislərdə buyurulur ki, hər kəs öz həyatını hansı tərzdə yaşamışsa, ona uyğun tərzdə də dünya ilə vidalaşar. Mömin şəxslərin ölümü adətən asan, kafirlərinki isə çətin və dəhşətli olar.Ölüm mələyi (bəzi hədislərdə onun adını Əzrayıl kimi qeyd edirlər) mömin şəxslərin canını almağa gələndə mehriban davranar, yaraşıqlı qiyafədə gələr, onları bu dünyadan daha gözəl bir aləmə aparmaqla müjdələyər. Əksinə, kafirlərin gözünə isə dəhşətli qiyafətdə görünər, onların canını əziyyətlə alar, onları qorxudar. Əlbəttə, burada insanın özünün ölümü necə qarşılaması nəzərdə tutulur. Bəzən zülmlə öldürülən şəxs də ölümü çox rahat və sevinclə qarşılayır. Bunun səbəbi onun özünün ölümə hazır olması, dünyanı tərk etməkdən qorxmaması və ölüm mələyi ilə görüşdən məmnun qalmasıdır.
(islam.az)
Geri dön