Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir – Sovet dövrünün yadigarı
Qəpik-quruşluq lüqol orqanizmi möhkəmlədir – Sovet dövrünün yadigarı9-03-2019, 20:12. Yazar: xeber |
Qrip, zökəm, angina, badamcıq iltihabı, xroniki yorğunluq, hətta bəzi kişi problemlərində də lüqol və lüqolun qliserinlə məhlulu köməyinizə gələ bilər. Qliserinli lüqol həm də orqanizmin müdafiə funksiyasını artırır. Lüqolu hansı xəstəlik və problemlərdə necə istifadə edə bilərsiz? -Qrip, zökəm, soyuqlama Bir stəkan isti suda 1 çay qaşığı alma sirkəsi və 2 damcı aptek lüqolu həll edin. Bu məhlulu 10 gün yemək zamanı hər axşman için. Bu, immunitetinizi möhkəmlədəcək. -Boğazda ağrı, angina Badamcıqları pambıq qulaq çöpünü lüqola batıraraq silin. Bir qədər yandırıcı təsir edəcək. Bu prosedurdan sonra 1 saat ərzində yemək yeməyin. -Xroniki yorğunluq Həftədə 2 dəfə lüqollu məhlul qəbul etməklə bu sindromu azalda bilərsiz. Bunun üçün 65-70 kq çəkiyə kimi 1 damcı lüqol yarım stəkan suda həll edib, həftədə 2 dəfə için. -Prostat iltihabı Bu xəstəlik zamanı bir stəkan isti suda 1 çay qaşığı alma sirkəsi və 1 damcı lüqolu həll edib 2 saat saxlayırsız və yatmazdan əvvəl içirsiz. Kurs 1 aydır. -Angina, faringit və laringitdə İnhalyasiya, qarqara və s edə bilərsiz. -Varikoza qarşı Tromb və varikoza qarşı profilaktika məqsədilə bir stəkan suda 1-2 damcı lüqol həll edib qəbul edə bilərsiz. -Qalxanvari vəz problemi, yod çatışmazlığında Lüqolu 1 stəkan suda 1 damcı olmaqla həll edib içmək olar. (medicina.az) Geri dön |