Ana Sayfa > Karusel / Gündəm / İdman > Milli komandaya Nikola Yurçeviç başçılıq edəcək

Milli komandaya Nikola Yurçeviç başçılıq edəcək


12-02-2019, 10:03. Yazar: xeber

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirlimiş iclasda qəbul olunan qərara əsasən Nikola Yurçeviç Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yaxın günlərdə məşqçi ilə müvafiq müqavilə imzalanacaq.
Milan Obradoviç – Azərbaycan U-2, Samir Əliyev – Azərbaycan U-19, Miloş Velebit – Azərbaycan U-15, U-16 yaş qruplarından ibarət milli komandaların baş məşqçisi təyin olunub.

Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.
Geri dön