Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Xərçəngdən əziyyət çəkən altı yaşlı qız öldü

Xərçəngdən əziyyət çəkən altı yaşlı qız öldü


8-02-2019, 12:46. Yazar: xeber
Bakıda altı yaşlı Şəms neyroblastoma xəstəliyindən (sinir toxumalarının xərçəngi) dünyasını dəyişib.Sosial şəbəkələrdə balaca Şəms üçün çoxsaylı xeyriyyə kampaniyaları keçirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xərçəng xəstəliyinin dördüncü mərhələsində həyatda qalmaq üçün mübarizə aparan Şəms bu gün dünyasını dəyişib.
Xatırladaq ki, Şəmsin müalicəsinə yardım etmək üçün avqustun 5-də velomarafon və bir neçə xeyriyyə aksiyası keçirilmişdi. 
Qeyd edək ki, “Facebook”da Şəmsin müalicəsinə yardım məqsədilə “Как спасти солнце” adlı “event” yaradılmışdı.
Allah rəhmət eləsin!



Geri dön