Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Azərbaycanlı müğənni yol qəzasında öldü

Azərbaycanlı müğənni yol qəzasında öldü


7-02-2019, 14:42. Yazar: xeber
Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Bu barədə report məlumat yayıb.
Hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. 
Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  
Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. 
Faktla bağlı araşdırma aparılır.
Geri dön