Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxub-RƏSMİ

Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxub-RƏSMİ


1-02-2019, 12:13. Yazar: xeber

Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A (H1N1) virusu təsdiqlənib.
Bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib.
"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A(H1N1) virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir".
Geri dön