Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Gənəgərçək yağı orqanizmdə lazımsız nə varsa çıxaracaq – Bilmədiyiniz sirr

Gənəgərçək yağı orqanizmdə lazımsız nə varsa çıxaracaq – Bilmədiyiniz sirr


7-11-2018, 12:56. Yazar: Xeberaz
 
Gənəgərçək güclü təbii təmizləyici bitkidir. Qədimdən ona " bağırsaqlara ikinci həyat verən" bitki kimi yanaşıb, xəstələri daxildən təmizləmək üçün istifadə edirdilər.
Gənəgərçək yağında çoxlu orqanik təmiz turşular var ki, onlar bağırsağın peristaltikasını (hərəkətlilik) yaxşılaşdırır.
Bağırsağa düşən gənəgərçəyin təsirindən hüceyrələr aktivləşir, pompa kimi işləməyə başlayır. Bunun sayəsində mədə-bağırsağa qan dövranı yüksəlir, toksiki maddələr sanki süpürülüb orqanizmdən çıxarılır.
Gənəgərçəklə orqanizmi təmizləməyin  metodunu təqdim edirik. Yaxşı olar ki, cümə günü başlayasız ki, sonrakı günlər evdə ola biləsiz.
Axşam 2 xörək qaşığı gənəgərçək yağı için. İçərkən qaynadılmış su ilə birgə qəbul edin. Arıq insanlar 1 xörək qaşığı, 80-100 kilo arası insanlar 2 xörək qaşığı.
Səhərə yaxın tualetə tez-tez gedə bilərsiz.
Şənbə günü səhər 1 xörək qaşığı qəbul edin və həmin gün evdən çıxmayın.
3 saatdan sonra yüngül səhər yeməyi yeyirsiz.
Axşam 20:00-da daha bir qaşıq içirsiz. Yatana kimi 2 dəfə tualetə çağırış olacaq.
Bazar günü istirahət verirsiz. Yağ içmirsiz. Evə yaxın yerdə gəzişə, təmiz su içə bilərsiz.
Bu təmizlənmə metodunu 3 həftə ardıcıl edin. İldə 2 dəfə təkrar etsəz yetərlidir.
Düzdür, ilk dəfə üçün bu yağın qəbulu  orqanizm üçün şok effekti yaradacaq. Xüsusən bədəni toksin, şlakla dolu olanlar üçün. Amma orqanizm 2 sutkaya buna alışacaq.
Prosedur günlərində qaraciyəri dəstələmək üçün limondan bol istifadə lazımdır.
Kİmlərə bu metod lazımdır:
- Allergik xəstəliyi olanlara
- Astma, revmatizm, artritlərdə
- Dəri problemləri olanlar
- Qəbizliyi olanlar
- Əsəbi insanlar
- Həzm pozğunluğu olanlara
(medicina.az)
Geri dön