Ana Sayfa > Karusel / Səhiyyə > Qripdən qorunmaq üçün 8 MƏSLƏHƏT

Qripdən qorunmaq üçün 8 MƏSLƏHƏT


5-11-2018, 11:43. Yazar: Xeberaz

21:28 / 04 Noyabr 2018

Soyuq havalarda ən çox yoluxulan xəstəlik qripdir. "Bir neçə günə keçər" dediyimiz qrip zamanı həkimə müraciət etmirik.

Xeberaz.az bildirir ki, qrip xüsusəndə uşaqlarda və xroniki xəstəliyi olanlarda bronxit, kulaq infeksiyası, sətəlcəm kimi ağır fəsadlara yol aça bilər. Bəzən isə ölümcül olar. Qripdən qorunmaq və daha tez sağalmaq üçün bu üsullardan istifadə edin.

Əlinizi 1-2 dəqiqə sabunla yuyun

Nəfəs yolu virusları təmas və havada asılı qalan damcılar vasitəsilə yoluxurlar. Bu səbəbdən əsasən də sərnişinnəqliyyatdan istifadə edən insanlar yeməkdən əvvəl əllərini 1-2 dəqiqə sabunla yumalıdırlar.

10-15 dəqiqədən bir otağın havasını dəyişin

Alimlər qeyd edirlər ki, bağlı, insan çox olan və çox isti otaqlarda mümkün qədər oturmayın. İmkan varsa, olduğunuz məkanın havasını hər saat dəyişin və ya açıq havaya çıxın. Qızdırıcılar otağı qurutduğu üçün məkanı nəm tuta bilmək üçün tədbir görün. Məsələn, nəm alətlər və ya bitkilərdən faydalanmaq olar.

Dörd yarpaqlı yonca modeli

Dörd yarpaqlı yonca modelindəki kimi hər növ qida qrupundan kifayət qədər qəbul etmək immunitet sistemini qidalandıracaq. Bunun üçün süd və süd məhsulları, ət-yumurta-paxlalı bitkilər, tərəvəz-meyvə, taxıl bitkiləri qəbul etmək lazımdır.

Yeməyinizi yeyin

Səhər yeməyi başda olmaqla digər öynələri də qəbul edin. Menyunuz rəngli meyvə və tərəvəzlə zəngin olsa, antioksidant və vitamin miqdarı da zəngin olar. Tərəvəz və meyvələr mövsümə uyğun olmalıdır. Çünki təbiət o dövrdə ehtiyacımız olan vitamin və mineralları meyvə və tərəvəzlərə "yükləyir".

Protein qəbul edin

Orqanizmin ehtiyac duyduğu proteini qəbul edin. Qidalanmada immunitet hüceyrələrinin strukturunu təşkil edən protein kifayət qədər qəbul edilməsə, infeksiyaya meyllilik yaranar. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq qəbul edin. Ət və paxlalı bitkilərə xüsusi diqqət ayırın.

Ofis əşyaları

Ofisdə klaviatura, qələm və başqa ofis əşyalarını digər işçilərlə birlikdə istifadə etməyin. Eyni zamanda telefon və qapı dəstəyini də gündə bir dəfə dizinfeksiya edin. Eyni zamanda dəsmal, bıçaq, qaşıq, çəngəl, boşqab kimi əşyaları da ümumi istifadədən götürün.

Qan azlığı problemini həll edin

Qan orqanizmin hər yerinə oksigen və maddə daşıyır. Qan azlığı infeksiyalara yoluxmağa şərait yaradır. Bu səbəbdən də qan azlığı varsa, həmən qarşısını alın. Qan azlığının səbəbi dəmir, foli turşusu və B12 çatışmazlığından yaranır.

Ən azı 7 saat yatın

7 saat və daha çox yatmaq immunitet sistemi üçün çox vacibdir. Həftə sonu da daxil olmaqla stabil yuxu sistemi qurun. Spirtli içki, kafein, gec saatlarda yemək qəbulu kimi yuxuya mənfi təsir edən faktorlardan uzaq durun.

Geri dön